Türkiyənin Diyarbakır vilayətində məktəbin yanında əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində beş məktəbli xəsarət alıb, Reuters məlumat yayıb.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, partlayış zamanı uşaqlar məktəbin həyətində olublar. Xəsarət alanların hamısı xəstəxanaya yatırılıb.
Hakimiyyət baş verənlərə görə, məsuliyyəti Türkiyədə qadağan edilmiş Kürdistan Fəhlə Partiyasının üzərinə qoyub.