Türkiyənin şərqində Diyarbəkir vilayətində polislərə silahlı hücum edilib, Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir.
Məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları iriçaplı silahlardan atəşə tutulublar. Hadisə nəticəsində iki polis əməkdaşı şəhid olub, daha üçü yaralanıb.
Bölgədə yaraqlıların tutulması üçün geniş miqyaslı əməliyyata başlanılıb.