Xorvatiya ilə oyundan sonra bizi burda çətin görüş gözləyir.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
“Təəssüf ki, Azərbaycan yığması seçmə mərhələyə çox pis başladı. Şansımız az olmasına baxmayaraq, hər oyuna ciddi hazırlaşırıq. Futbolçularda özünəinam var. Futbolçular nəyə qadir olduqlarını bilirlər. Onların uğurlu çıxışı Azərbaycan futboluna yardımdı.
Yenə deyirəm ki, öz oyunçularımla fəxr edirəm. Onlar peşəkardılar. Xorvatiya ilə görüş artıq geridə qalıb. Ümid edirəm ki, Bakıya uğurlu nəticə ilə qayıdacağıq.
Niyə start heyətdə Eddi İsrafilov yer almayıb? Eddi “Eybar”da hələ heç bir oyunda iştirak etməyib. 15 gün zədəli oldu. Eddi zədəsini artııq tam sağaldıb. Amma fiziki cəhhətdən tam hazır deyil. Onun hansı formada olduğunu görmək üçün çağırmışam. Sabah ona daha çox şans verəcəm. Bilirəm ki, yaxşı futbolçudu. Yaxşı formada olanda milliyə kömək edə bilər. Təəssüf ki, indi yaxşı formada deyil.
Hava şəraiti hər iki komanda üçün eynidi. Bakıda da hava istidi. Amma burda daha çox istidi. Məşqi oyun saatı ilə eyni vaxta saldım. Bunları bəhanə edə bilmərik. Çıxıb oynamalıyıq.
Pavel Paşayev? Pavel maraqlı oyunçudu. Ona görə də, onu dəvət edirəm. Amma mən hələ Məhəmməd Mirzəbəyova şans verirəm. Çünki o yaxşı formadadı. Pavelin də şansı olacaq. Pavel Norveçlə oyuna zədəli durumda gəlmişdi. Təəssüf ki, oynada bilmədik. “Şaxtyor”a qarşı oyunu izləmişəm. Orda 8 nəfərlə müdafiə olunmuşdular. Milli müdafiə futbolu oynamır. Hətta qol vurmaq imkanı da oldu. Ona da gələcəkdə şans verəcəyik.
Maltanın İtaliya ilə oyununu dəyərləndirmişəm. Onlarda maraqlı oyunçular var. Amma mən öz oyunçularıma diqqət yetirirəm. Diqqətli oynasaq, uğur bizimlə olacaq”, - baş məşqçi deyib.