Türkiyənin Maraş əyalətində 75 yaşlı qadın ərinin öldüyü yerdə dünyasını dəyişib.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hürü Yıldız adlı qadını küçədə yolu keçmək istəyərkən maşın vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Hürü Yıldızın ölümünün qəribəliyi ondan ibarətdir ki, 7 il əvvəl elə bu yerdə onun həyat yoldaşı Abdulla Yılmaz avtomobil qəzasında faciəli şəkildə ölüb.