2015-ci ildə ifrat yoxsulluq həddi 10% azalacaq.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında deyilib.
Yeni qaydalara görə, yoxsulluq həddi 1,25 dollardan 1,9 dollara qaldırılıb. Yəni gündəlik gəliri artıq 1,9 dollardan aşağı olan şəxslər yoxsul sayılacaq.
Bankdan qeyd olunub ki, ümumdünya yoxsulluq səviyyəsinin həcmi 3,2% azalıb:
“2012-ci ildə planet sakinlərinin 902 milyon nəfəri və ya 12,8% -i ifrat yoxsulluq həddində yaşayıb. 2015-ci ildə isə ifrat yoxsulluq həddində yaşayan insanların sayı 702 milyon nəfər başqa sözlə, ümumi əhalinin 9,6%-ni təşkil edəcək” - deyə, bank qeyd edib.
Bankın prezidenti Cim En Kim bildirib ki, inkişaf etməkdə olan ölkələrə investisiya, bundan başqa, təhsil, səhiyyə, sosial təhlükəsizlik sahələrinə vəsaitlərin ayrılması dünyada insanların yoxsulluğun öhdəsindən gəlməyinə kömək olub.
“Bu gün bu vacib informasiyalardır. Dünya Bankının hesablamaları göstərir ki, bu gün biz yeganə nəsilik ki, ifart yoxsulluqla mübarizə apara və buna son qoya bilərik”.
Ülviyyə R. Əli
www.oxu.az