Türkiyədə son zamanlar artan gənə bəlası ilə mübarizəyə qırqovulları cəlb edəcəklər.
Sondakika.com xəbər verir ki, bu məqsədlə Tokatda yetişdirilmiş 600 qırqovul təbiətə buraxılacaq.
Qırqovulların gənələrin törətdiyi infeksiyanın (CCHF virus infeksiyası - Crimean-Congo Hemorrhagic Fever Virus Infection) daha çox rast gəlindiyi Anadolu, Orta Qara dəniz sahili ərazilərinə iyulun 15-dən sonra buraxılması planlaşdırılır.