Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə zamanı seçki məntəqələrindən birində baş verən insident zamanı ölənlərdən biri partıya üzvü olub.
Oxu.Az-ın məlumatına görə, Mehmet Sıddık Durmazın İYİ Parti Erzurum Karaçoban bölgəsinin sədri olduğu bildirilib.
19:28
Bu gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səsvermə zamanı seçki məntəqələrindən birində silahlı insident baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Ərzurumun Karaçoban bölgəsindəki səsvermə məntəqəsində baş verib.
Silahlı insident bu gün saat 15:00-da baş verib. Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisənin baş verməsinə səbəb iki ailə arasında qan davası olub.
İlkin məlumata əsasən, baş verən hadisənin seçki ilə heç bir əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.
İlhamə Əbülfət
www.oxu.az