Türkiyənin Qara dəniz bölgəsində baş vermiş sel və daşqın fəlakəti qurbanlarının sayı artmaqda davam edir.
Ölkə KİV-də yer alan məlumatara görə, seldən ən çox əziyyət çəkmiş Kastamonuda daha 3 nəfərin cəsədinin aşkar edilməsi ilə ölənlərin sayı 62-yə çatıb.
Hazırda axtarış-xilasetmə işləri davam edir.
Ölənlərin sayının artacağı istisna olunmur.
14:34
Türkiyənin Qara dəniz sahillərində yaşanan sel fəlakətində həyatını itirənlərin sayı artıb.
“Haber Global”ın məlumatına görə, Kastamonuda 49, Sinopda 9, Bartın vilayətində isə 1 nəfərin həlak olması ilə təbii fəlakət qurbanlarının sayı 59 nəfərə çatıb.
Həmçinin, 77 nəfərin itkin düşdüyü bildirilir.
Qeyd olunan ərazilərdə axtarış-xilasetmə işləri davam etdirilir.