Türkiyədə TRT-nin "Ateş denizi" serialının Beykoz Kundura Fabrikindəki çəkiliş meydançasına polis qrupları basqın edib. Qadağan olunmuş maddə istintaqı çərçivəsində serialda baş rolun ifaçısı Erdem Kaynarca saxlanılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, polis qrupları əvvəlcə furqonda səhnəyə çıxmaq üçün hazırlaşan Erdem Kaynarcanın yanına gedib, o, furqondan endirilib və avtomobilində axtarış aparılıb. Axtarış zamanı heç bir dəlilə rast gəlinməyib.
Serialda "Nezih" obrazını canlandıran Erdem Kaynarca daha sonra polis qruplarının müşayiəti ilə polis bölməsinə aparılıb. Serialın çəkilişlərinə birhəftəlik fasilə verilib.
Aktyor polis bölməsində ifadə verib, həmçinin ondan saç və qan nümunələri də götürülüb. Erdem Kaynarca prosedurlar başa çatdıqdan sonra sərbəst buraxılıb.