Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə Sərvər Bəşirlinin avtomobilinin maketi hazırlandı – VİDEO
Türkiyənin Karabük vilayətində yaşayan Ferhat Karapınar Kahramanmaraşdakı zəlzələlərdən sonra qardaş ölkəyə yardıma tələsən azərbaycanlı Sərvər Bəşirlinin köhnə avtomobilinin maketini hazırlayıb.
Safranbolu Meşə İdarəsi Müdirliyində çalışan 42 yaşlı türkiyəli 5 il əvvəl diorama (üç ölçülü boyama, modelləşdirmə) texnikası ilə tullantı materiallarından istifadə edərək müxtəlif fiqurlar düzəltməyə başlayıb.
O, təbii fəlakətdən sonra məşhurlaşan həmyerlimizin xeyirxah əməlini əbədiləşdirmək qərarına gəlib.
Karapınar təxminən bir həftəlik zəhmət nəticəsində yaratdığı maketi müdirliyin iş otağında sərgiləyir. O, gələcəkdə qurmağı planlaşdırdığı muzeydə həmin maketi və bu günə qədər hazırladığı 50-yə yaxın əsərini təqdim etmək istəyir.
Mənbə: Haber Global
"təbii fəlakət" teqi üzrə xəbərlər
- Egey beşik kimi yırğalanır: Seysmoloqdan 8.5 bal gücündə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə yeni yanğınlar: Hər 2-3 saniyədə futbol meydançası ölçüsündə sahə məhv olur
- Türkiyədəki fəlakəti dəqiq proqnozlaşdıran seysmoloqdan Qafqazda güclü zəlzələ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
- Fransada milli matəm elan edilib
Rəylər