İstanbul Baş Prokurorluğunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində tanınmış jurnalist Cem Küçük barəsində "yanlış məlumat yayma" və "şantaj" ittihamları ilə saxlanılma qərarı çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.
Bildirilib ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində iyulun 30-da Cem Küçük barəsində saxlanılma orderi verilib. Qərar İstanbul Əyalət Jandarma Baş İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə təqdim olunub.
Məlumata görə, jurnalist saxlanılaraq nəzarətə götürülüb.