Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyədə təbii fəlakət: 13 vilayətdə “narıncı” kod xəbərdarlığı edildi - FOTO
Türkiyədə əlverişsiz hava şəraiti bir çox vilayətdə daşqınlara səbəb olub, əkin sahələri su altında qalıb. Həmçinin evlər və dükanlara xeyli maddi ziyan dəyib.
Bildirilir ki, daşqın olan bəzi ərazilərdə suyun səviyyəsi 70 santimetrə kimi qalxıb. Sakinlər traktor və yük maşınlarının köməyi ilə ərazidən təxliyə olunublar.
Meteorologiya Baş İdarəsi hava şəraiti ilə bağlı “narıncı” kod xəbərdarlığı edib. Məlumata görə, Artvin, Bartın, Bolu, Düzce, Giresun, Karabük, Kastamonu, Ordu, Rize, Samsun, Sinop, Trabzon, Zonguldak olmaqla 13 vilayətdə güclü yağış gözlənilir.
Qeyd edək ki, “narıncı” kod - havanın təhlükəli olduğu barədə xəbərdarlıqdır. Belə hava şəraitində zərər və itkilərin baş verməsi ehtimalı var, buna görə insanlar çox diqqətli olmalı, mövcud meteoroloji şəraitə və proqnozlara uyğun tövsiyələrə əməl etməlidirlər.
Mənbə: TRT Haber
"Təbii fəlakət" teqi üzrə xəbərlər
- Yaponiyada meşə yanğınları yaşayış massivinə keçib: Onlarla ev məhv olub
- Alovlar içində olan Çilidən qorxunc kadrlar
- Egey beşik kimi yırğalanır: Seysmoloqdan 8.5 bal gücündə ZƏLZƏLƏ XƏBƏRDARLIĞI
- Los-Ancelesdə yeni yanğınlar: Hər 2-3 saniyədə futbol meydançası ölçüsündə sahə məhv olur
- Türkiyədəki fəlakəti dəqiq proqnozlaşdıran seysmoloqdan Qafqazda güclü zəlzələ XƏBƏRDARLIĞI