Türkiyənin Diyarbəkir vilayətində baş vermiş terror aktı nəticəsində 3 nəfər ölüb, 45 nəfər yaralanıb.
Oxu.Az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Diyarbəkir valiliyinin yaydığı açıqlamada qeyd olunub.
Məlumata görə, hadisədə 12-si polis, 33 nəfəri mülki vətəndaş olmaqla, 45 nəfər yaralanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların bəzilərinin durumunun ağır olduğu bildirilir.
18:20
Türkiyənin Diyarbəkir vilayətinin mərkəzi Bağlar rayonunun Diclə bulvarında polislərin xidməti maşınına terrorçuların partlayıcı yüklənmiş avtomobil ilə hücumu nəticəsində 15 polis yaralanıb.
Oxu.Az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, yaralananlar arasında mülki vətəndaşların olduğu da bildirilir.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb edilib.