Türkiyənin 45 əyalətində aparılan antiterror əməliyyatları nəticəsində terrorçu PKK qruplaşmasına və ona yaxın təşkilatlara yardım etməkdə və sığınacaq verməkdə şübhəli bilinən 924 nəfər həbs olunub.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
İnformasiyaya görə, ötən həftə Türkiyə Silahlı Qüvvələri, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri, komandoslar və jandarma qüvvələri ümumilikdə 213 antiterror əməliyyat keçirib. Nəticədə terrorçuların 24 sığınacaq yeri dağıdılıb, onlardan 700 kq partlayıcı maddə, 5 əl bombası, 29 “Kalaşnikov” avtomatı aşkarlanaraq götürülüb.
Nazirliyin apardığı digər əməliyyat nəticəsində terrorçulara aid 2 milyon dollarlıq narkotik maddə, o cümlədən 89 kq heroin, 806 kq tiryək, 22 min 76 ədəd narkotik həb aşkarlanaraq götürülüb.
N.О.