Türkiyənin cənub-şərqində keçirilən əməliyyat zamanı Kürd Fəhlə Partiyasının 10 yaraqlısı məhv edilib, Türkiyə ordusunun isə 1 hərbiçisi həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının yaydığı məlumatda bildirilir.
“Bu gün Diyarbəkir vilayətinin Sur şəhərində PKK-ya qarşı keçirilən əməliyyat zamanı bizim bir yoldaşımız ağır güllə yarası alıb və xəstaxanada dünyasını dəyişib. Gün ərzində Surada 4, Şirnak vilayətinin İdil şəhərində isə 6 terrorçu məhv edilib”, - məlumatda deyilir.