Türkiyədə, İstanbulun Esenyurt rayonunda torpaq mübahisəsi zəminində başlayan mübahisə kütləvi davaya çevrilib.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, insidenti müşahidə edən şəxslər hadisəni telefonlarına çəkərək ictimailəşdiriblər.
Tərəflər bir-birinə dəyənəklə hücum edib, təhqirlər yağdırıblar. Hadisənin digər təfərrüatı məlum deyil.