Türkiyənin Marmaris vilayətində, Muğla-Antalya magistral yolunda turistlərlə dolu olan avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 23-ə çatıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Muğlanın valisi Əmir Çiçək bildirib.
“Son məlumatlara görə, xəstəxanaya yerləşdirilən yaralılardan bir neçəsi dünyasını dəyişib. Hazırda ölənlərin sayı 23-ə, xəsarət alanların sayı isə 8-ə çatıb”, - deyə vali qeyd edib.
15:51
Türkiyənin turizm mərkəzlərindən olan Muğla vilayəti ərazisində, Muğla-Marmaris avtomobil yolunda ağır qəza baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, avtobusun yoldan çıxaraq aşması nəticəsində 20 nəfər ölüb, 11 nəfər yaralanıb. Ölənlər arasında xarici ölkə vətəndaşlarının olub-olmadığı hələlik məlum deyil.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və xilasedicilər göndərilib.
14:58
Türkiyənin Muğla vilayətində Marmaris kurort zonasında turistlərin olduğu avtobus aşıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində azı 17 nəfər həlak olub, 13 nəfər xəsarət alıb.
Hələlik qəzanın təfərrüatları barədə məlumatlar verilməyib.
Hadisə yerinə çoxlu sayda xilasedici və tibb xidməti cəlb edilib.
S.B.
www.oxu.az