Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədə üç yaşlı qız ilk dəfə ayaqqabı geyindi - FOTO
Bursada yaşayan Hülya-İsgəndər Bayraktar cütlüyünün üç uşağından biri olan Esma Su Bayraktar dünyaya gələrkən sağ ayağının baş barmağının yanındakı iki barmağı digərlərinə görə böyük olub.
Oxu.Az xəbər verir ki, cütlüyün xəstəxanaya apardıqları övladları Esmaya makrodaktiliya diaqnozu qoyulub.
Nazirlik tərəfindən Ankaraya dəvət edilən Esma Su Medikana İnternational Ankara xəstəxanasında müalicə olunub. Kiçik Esma burada dosent doktor Şadan Ay tərəfindən əməliyyat edilərək sağlığına qovuşub.
Cərrahi müdaxilə ilə böyük barmaqları da digər barmaqlar kimi normal səviyyəyə gələn Esma Suya ilk dəfə xəstəxanada iki ayağına birdən ayaqqabı geyindirilib. Daha əvvəl sol ayağına ayaqqabı, sağ ayağına isə qalın corab və ya xüsusi düzəldilmiş sandal geyindirilən Esma Su ilk dəfə ayaqqabıları ilə yeriməyin sevincini yaşayıb.
“Öz ayağına görə ayaqqabı tapıb geyindirmək şansımız yox idi. Hamı ona qəribə baxırdı. Çox kədərlənirdim. Nə zaman əməliyyat olacaq deyə düşünürdüm. İndi barmağı düzəldi və ayaqqabısını geyindi. Dünyanın ən xoşbəxt insanı mənəm artıq. Çox sevinirəm. Hər kəsə zəhmətinə görə təşəkkürümü bildirirəm”, - qızın atası söyləyib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyə kanadalı ermənipərəst jurnalistin ölkəyə girişinə qadağa qoyub
- Antalyanın hava limanında Rusiyanın təyyarəsi yandı: 79 sərnişin təxliyə edildi
- İstanbulda ailə qətliamı: Beş ölü, iki yaralı
- Türkiyədə avtobus minik avtomobili və yük maşını ilə toqquşdu - Onlarla yaralı var
- İstanbulda Bosfor boğazı bağlandı
Rəylər