Türkiyənin Çorum şəhərində un fabrikində partlayış baş verib.
Bu barədə Oxu.Az DHA-ya istinadən xəbər verir.
İlkin məlumata görə, partlayış nəticəsində yeddi nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıblar.
Partlayışın səbəbi hələ ki məlum deyil.
Hadisə yerinə polis və xilasetmə qrupları cəlb edilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Türkiyədə un fabrikində partlayış: Yaralılar var