Türkiyənin Ağrı vilayətində tibbi yardım maşını avtomobillə toqquşub.
Qəza nəticəsində tibbi yardım maşınında olan xəstə Əminə Adıgözəl ölüb.
“CNNTürk”ün xəbərinə görə, içində həkimlərin də olduğu 9 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Onların həyati təhlükəsinin olmadığı bildirilib.