Türkiyədə hərbi çevriliş cəhdinə görə həbslər davam etdirilir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, türkiyədə hərbi çevriliş cəhdinə görə saxlanılanlar arasında 1-ci ordu komandanlığı heyətindən əməliyyatlar üzrə rəis, general-mayor Eyyüp Gur və İstanbul jandarm komandiri polkovnik Sercan Gürcan olduğu bildirilir.
Nəzarətə alınan Gur və Gürcan İstanbul Polis İdarəsində dindirilirlər.

16.07.2016
Türkiyədə silahlı çevriliş cəhdində günahkar qismində ümumilikdə 34 general tutulub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Anadolu" agentliyi yayıb
21:18
Türkiyə Silahlı Qüvvələrinin 3-cü korpus komandiri, ordu generalı Erdal Öztürk həbs edilib.
Oxu.Az-ın “Milliyet”ə istinadən xəbər verir ki, hərbi çevriliş cəhdində şübhəli bilinən ordu generalı Erdal Öztürk Bursanın İnəgöl rayonunda saxlanılıb.
Bundan əvvəl Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı, ordu generalı Akın Öztürk və Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs ediliblər.
Qeyd edək ki, Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək və orta rütbəli zabitlər daxil olmaqla 2800-dək şəxs saxlanılıb.