Türkiyənin Şırnak əyalətinin Cızrə rayonunda Cudi məhəlləsindəki yaşayış binalarından birində yanğın olub.
Oxu.Az haberler.com-a istinadən xəbər verir ki, yanğın nəticəsində 9 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
14 dekabrdan müəyyən saatlarda küçəyə çıxmanın qadağan edildiyi Cizrənin Cudi məhəlləsində baş verən yanğının səbəbləri araşdırılır.
Hadisə baş verən əraziyə çoxlu sayda yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.