Türkiyədə Diyarbakır vilayətinin Alanger kəndində evlərin birində baş verən yanğın nəticəsində ailənin bütün üzvləri həlak olub.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, may ayının 26-da səhər saatlarında qısaqapanma nəticəsində yanğın baş verib.
Evdə yatan ailə üzvləri evdən çıxmağı çatdırmayıblar: güclü yanıq yaralarından ailə üzvləri həlak olub.
Köməyə gələn qonşular yanğını söndürdükdən sonra yanan evdən valideynlərin və yaşları 5-dən 13-ə qədər olan 3 uşağın cəsədini tapıblar.