Türkiyə Milli Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir ABŞ-ın S-400 alışına görə ölkəsinə sanksiya tətbiq etməsinə münasibət bildirib.
“Anadolu” agentliyi məlumat verir ki, o, ABŞ-ın sanksiya qərarının ölkədə dörd nəfərə və bir quruma qarşı olduğunu deyib.
“Milli Müdafiə Nazirliyi, Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik qüvvələrimiz bundan təsirlənəcək vəziyyətdə deyil. Layihələrimiz, ümumiyyətlə, müdafiə sənayesi şirkətləri tərəfindən həyata keçirilir və bunların heç biri sanksiyaya məruz qalmır. Narahatlığa səbəb yoxdur”.
O qeyd edib ki, Müdafiə Sənayesi İdarəsi alış-veriş edən bir qurum deyil, onun məqsədi prioritet layihələr hazırlamaq və onları həyata keçirməkdir. Müdafiə Sənayesi Başçılığının birbaşa aldığı və idxal etdiyi layihələr, demək olar ki, yoxdur:
“ABŞ-ın sanksiya qərarının zəiflik yaradacağını düşünmürəm. Qanunla verilən qərar müttəfiqlik ruhuna uyğun deyil. Maddi ehtiyacımız yoxdur, bu günə qədər olmayıb.
Türkiyə ölkəmizin prezidentinin nümayiş etdirdiyi mövqe ilə əmr alan bir ölkə olmadığını göstərdi, bu da bir embarqo mexanizmini işə saldı”.