Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyədən Rusiyaya gələn təyyarə ilə bağlı dəhşətli kadrlar yayıldı
Sərnişin təyyarəsinin pilotları Qroznıda (Çeçenistan, Rusiya) tikilməkdə olan uçuş-enmə zolağına eniş etmək istəyiblər.
Oxu.Az aif.ru-ya istinadən xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Təyyarə həmin vaxt sahədə işləyən üç ekskavator və bir minik avtomobili ilə toqquşmaq təhlükəsi ilə üzləşib. O ikinci cəhddən sonra düzgün zolağa enməyi bacarıb.
Hava gəmisinin Türkiyədən gəldiyi və "Utair" şirkətinə məxsus olduğu bildirilib.
Lakin sonradan şirkət məlumatı təkzib edib. Bildirilib ki, bu, iyunun 24-də baş vermiş hadisədir və həmin vaxt pilotlar güclü küləyə görə manevr ediblər.
İnsident nəticəsində xəsarət alan olmayıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- NATO-nun XİN rəhbərləri Türkiyədə toplaşacaqlar
- Erməni nazir: "Sülh müqaviləsinin harada imzalanmasının əhəmiyyəti yoxdur"
- Ordumuzun zabiti vəfat edib
- Türkiyənin Beşiktaş bələdiyyəsində nəhəng korrupsiya əməliyyatı: 12 məmur saxlanıldı
- Türkiyədə "qayınana-kürəkən eşqi" ilə bağlı etiraf: "Oğlum pozğundur"