Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Paris-2024: Dürsədəf Kərimova yarışı medalsız başa vurub
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarını medalsız başa vurub.
"Report"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə çinli Honqyu Vanq ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kərimova mükafat qazana bilməyib.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxacaq.
"Report"un məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı təsəlliverici görüşdə fransalı Prescilliya Leze ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kərimova mükafat iddiasını davam etdirib. Bürünc medal uğrunda qarşılaşmada onun rəqibi çinli Honqyu Vanq olacaq.
Azərbaycan paracüdoçusu Dürsədəf Kərimova (J2 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.
"Report"un məlumatına görə, 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kərimova təsəlliverici görüşə qatılacaq.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
"Paris-2024 Yay Paralimpiya Oyunları" teqi üzrə xəbərlər
- Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
- Lamiyə Vəliyeva afrikalı idmançı ilə ailə həyatı qurdu
- Paralimpiya çempionu: "Şadam ki, xalqımızı layiqincə təmsil etdim"
- Şahvələd Əliyev: "İdmançılarımızın göstəricilərindən tam razıyıq"
- Paralimpiya çempionu Orxan Aslanov: "Çətinlikdən qorxsaydım, idmanda olmazdım"
Rəylər