Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
"Daha əvvəllər yoldan keçənlər əlimi görüb lağ edirdilər. Paralimpiya çempionu olduqdan sonra hər kəs övladına məni göstərərək, "halal olsun o uşağa!" deyir. Bu mənim üçün bütün mükafatlardan qat-qat üstündür".
Bu sözləri Oxu.Az-a videomüsahibəsində Paris-2024 Yay Paralimpiya Oyunlarının qalibi, dünyanın ən yaxşı parataekvondoçusu seçilmiş İmaməddin Xəlilov deyib.
O, idmana gəlişindən, komplekslərdən, valideynlərin buraxdığı səhvlərdən, Paris-2024 Yay Paralimpiya Oyunlarından sonra həyatında baş verən dəyişikliklərdən və bir çox başqa nüanslardan bəhs edib.
Müsahibədən bəzi məqamları təqdim edirik:
- Sizcə, gənc idmançılara motivasiya qaynağı nə ola bilər?
- Döyüş idman növü ilə məşğul olan idmançılara ən böyük məsləhətim o ola bilər ki, əziyyət çəkməkdən və məğlub olmaqdan qorxmasınlar. Mən yeddi il boyunca uduzduqdan sonra qalib gəlmişəm. Ola bilər ki, bu il və ya növbəti il məğlub ola bilərlər, amma əziyyət çəkməkdən qorxmamalıdırlar.
- Valideynlər xüsusi məhdudiyyəti olan övladlarına necə yanaşmalıdırlar?
- Valideynlərə verəcəyim məsləhət bu ola bilər ki, uşağa əziyyət verməkdən qorxmasınlar. Ona xüsusi məhdudiyyəti olan biri kimi yox, sağlam biri kimi yanaşsınlar. Uşağa əziyyət verməkdən çəkinməsinlər. Uşağa qətiyyən xüsusi məhdudiyyəti olduğunu hiss etdirməsinlər.
- Paralimpiya çempionu olduğunuz zaman hansı hissləri keçirdiniz?
- Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Hətta çempion olduqdan sonra Bakıda və Gəncədə mənim şərəfimə avtomobillərlə parad keçirdilər. Mən qələbəmi şəhidlərimizə həsr etmişdim. Ölkəyə qayıdandan sonra şəhid anası mənə yaxınlaşaraq qucaqlayıb, fəxr etdiyini söylədi. Bu mənim üçün beşqat-onqat paralimpiya çempionluğundan daha önəmlidir.
Heç vaxt məğlub olmağı qəbullanmamışam. Məhz bu səbəbdən də çıxdığım hər döyüşü qələbə ilə başa vurmaq istəyirəm.
Anar Həsənov
Video: Cavid Mehdiyev
"İmaməddin Xəlilov" teqi üzrə xəbərlər
- Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
- Paralimpiya çempionunun qardaşı: "İmaməddinin görüşlərini sevinc içində izləyirdik"
- İmaməddin Xəlilov: "Özümlə qürur duyuram"
- Paris-2024: Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb
- Parisdə qızıl medal qazanan İmaməddin Xəlilov: "Qardaşlıq qalib gəldi"
Rəylər