Azərbaycanın paralimpiya çempionu İmaməddin Xəlilov xüsusi mükafata layiq görülüb.
Milli Paralimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə təşkil olunan tədbirdə Avropanı təmsil edən səkkiz Olimpiya və Paralimpiya çempionuna xüsusi mükafat təqdim edilib.
* Dünyanın ən yaxşısı seçilən azərbaycanlı: "Yeddi il boyunca uduzdum"
Mükafata layiq görülən idmançılar arasında Azərbaycanı təmsil edən İmaməddin Xəlilov da yer alıb.