Azərbaycan paralimpiyaçısı Aysel Əhmədli Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı "WSF - şotokan karate" üslubu üzrə Avropa çempionatında qızıl medal qazanıb.
Bu barədə Oxu.Az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
İki gün davam edən yarışda parakarate üzrə K10 kateqoriyasında mübarizə aparan idmançı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qaynar xətt:
(055) 224 12 12