Ermənistan İstintaq Komitəsi Güclü Ermənistan Partiyasının sədri Samvel Karapetyanın və həmin adlı parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarışların həyata keçirilməsi barədə məlumatları təsdiqləyib.
Bu barədə Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir.
İstintaq qurumundan əməliyyat-axtarış tədbirlərinin ümumilikdə 65 müxtəlif ünvanda aparıldığı bildirilib.
"65 ünvanda icra edilən axtarış tədbirləri İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılığın İstintaqı Baş İdarəsinin araşdırdığı cinayət işi çərçivəsində baş tutur", - deyə rəsmi idarənin bəyanatında vurğulanıb.
Səhər saatlarında Ermənistan İstintaq Komitəsinin müstəntiqləri Güclü Ermənistan partiyasının rəhbəri Samvel Karapetyanın, eləcə də eyniadlı parlament fraksiyasına rəhbərlik edən Narek Karapetyanın yaşayış yerlərində axtarışlara başlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə erməni mətbuatı xəbər dərc edib.
Əməliyyat-axtarış tədbirləri Karapetyanlar ailəsinə məxsus digər ünvanlarda da həyata keçirilir.
Xatırladaq ki, Samvel Karapetyan 17 iyun 2025-ci ildə Erməni Həvari kilsəsinin müdafiəsinə qalxdıqdan sonra hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. O, artıq 1 il 5 aydır ev dustaqlığında saxlanılır və onun işinə Antikorrupsiya Məhkəməsində baxılır.