İrəvan məhkəməsi iş adamı və "Güclü Ermənistan" Partiyasının lideri Samvel Karapetyanın ev dustaqlığı müddətini daha iki ay uzadıb.
Oxu.Az bu barədə "Sputnik Ermənistan" saytına istinadən xəbər verir.
Məlumata görə, hakim Vahe Dolmazyan prokurorun "şahidlərə təzyiq göstərilməsi təhlükəsinin hələ də qalması" barədə vəsatətini qismən təmin edib.
Qeyd edək ki, Samvel Karapetyan 2025-ci ilin iyun ayında hökumətlə kilsə arasında yaşanan qarşıdurma fonunda Erməni Apostol Kilsəsinə açıq dəstək verdikdən sonra həbs edilib.
Karapetyan özünü təqsirli bilməyərək hökumətin hərəkətlərini siyasi təzyiq adlandırıb.
Daha sonra Karapetyana qarşı Ermənistan Cinayət Məcəlləsinin "Xidməti səlahiyyətlərdən və ya onlardan irəli gələn nüfuzdan istifadə etməklə külli miqdarda pul yuyulması" maddəsi ilə yeni ittihamlar irəli sürülüb.
O, 2025-ci ilin dekabrında ev dustaqlığına buraxılmışdı.