Ağdaş rayonunun Qaradeyin kənd sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər.
Sakinlərin sözlərinə görə, kəndə yeni qaz xətti çəkilsə də, onlar bu xəttdən istifadə edə bilmirlər.
Sakinlər bildiriblər ki, podratçı şirkət qaz xəttinin yaşayış evlərinə çəkilməsi üçün onlardan 1 500-2 000 manat məbləğində pul tələb edir. Bu səbəbdən kənd sakinləri evlərinə qaz xətti çəkdirə bilmirlər.
"Xahiş edirik ki, bir tədbir görsünlər. Qaz xətti kəndə qədər gəlib çıxıb. İcazə versinlər, camaat qazdan istifadə etsin, qışda əziyyət çəkməsin", - vətəndaşlardan biri deyib.
Digər kənd sakini isə bildirib:
"Gəlib sayğaclarımızı quraşdırsınlar, qazımızı versinlər, biz də adam kimi yaşayaq".