Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
Azərbaycanlı Paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası (WT) tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançımız Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib.
O, həmçinin dünya reytinqinin hazırkı lideridir. Parataekvondoçumuza mükafat Honkonqda keçirilən qala gecəsində təqdim olunub.
Qeyd edək ki, idmançımız bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.
"Azərbaycan Taekvondo Federasiyası" teqi üzrə xəbərlər
- Taekvondoçular Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün ikiqat əziyyət çəkməli olacaqlar
- Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazanıb
- Azərbaycanda kişi və qadın milliləri birləşdirildi - SƏBƏB
- Azərbaycan taekvondoçuları Avropa birinciliyini dörd medalla başa vurublar
- Bu xəbərləri qaçırmayın: 31.10.2024-ün ən mühüm hadisələri
Ən çox oxunanlar