Qazaxıstanın Astana şəhərində keçirilən "Kazakhstan Open" beynəlxalq turnirində Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək qızıl medal qazanıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatı (22-23 iyun) və "Kazakhstan Open" (25-27 iyun) beynəlxalq turnirində iştirak edirlər.
Daha əvvəl "Altay" çempionatında taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.