Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Vüqar Qurbanov: "Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb"
"Regionlarda həkim çatışmazlığı ilə bağlı layihə hazırlanıb. Biz artıq Qərb bölgəsində pilot layihənin icrasına başlayırıq. Burada cərrahi xidmətlərin daha da təkmilləşdirilməsi ilə bağlı yanvar ayından yeni layihə reallaşdırılacaq".
Oxu.Az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
Direktor qeyd edib ki, sözügedən layihə ilə bağlı reginonlardakı icra hakimiyyətləri ilə danışıqlar aparılıb:
"Həmin bölgəyə cəlb olunan həkimlərin və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı ciddi addımlar atılacaq. Məqsəd odur ki, regionda yaşayan vətəndaşımız tibbi xidməti yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində əldə etsin. Çox güman ki, gələn ilin ilk 6 ayında müsbət nəticələr əldə edəcəyik".
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- İmişlidəki qəzada xəsarət alan məktəbli DÜNYASINI DƏYİŞDİ
- Meymunçiçəyinə yoluxan Azərbaycan vətəndaşının son vəziyyəti AÇIQLANDI
- Zaqatala xəstəxanasına yeni baş həkim TƏYİNATI
- Xaçmazda iki yük avtomobilinin toqquşması nəticəsində xəsarət alan şəxs VƏFAT ETDİ
- Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib
Rəylər