Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Suriyanın Afrin əyalətində kimyəvi hücumlar haqqında məlumatları təkzib edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Zeytun budağı” əməliyyatı çərçivəsində heç bir dinc sakin həlak olmayıb. Lakin əməliyyata qarşı qara təbliğat aparılır. Kimyəvi hücum haqqında məlumatlar olub. Bu, qəti şəkildə həqiqətə uyğun deyil”, - deyə, Aksoy bildirib.
Onun sözlərinə görə, nazirlik başçısı 20-dən artıq xarici hökumət nümayəndələri ilə danışıqlar aparıb və Suriyadakı vəziyyət haqqında məlumatlandırıb.
A.B.
www.oxu.az