Türkiyənin əsas döyüş tankı (ƏDT) “Altay” üzərində iş hələ 2007-ci ildə dörd prototipin layihələşdirilməsi və hazırlanması üçün “Otokar” şirkəti ilə müqavilə bağlanan zaman başlayıb.
Oxu.Az xəbər verir ki, ilk prototip 2011-ci ildə nümayiş etdirilib. Öncədən bu hərbi maşının orduya 2015-2016-cı illərdə daxil olacağı gözlənilirdi. Türk ordusu üçün minimum 250 yeni tank lazımdır.
Tank klassik quruluşa malikdir. Onun çəkisi 55 tondur. Hazırlanan zaman Cənubi Koreyanın “Qara pantera” K2 tankından istifadə edilmiş qərarlar qəbul edilirdi, amma əgər koreyalılarda enerji avtomatı varsa, türklər burada 4 nəfərdən ibarət ekipajı saxlamağı nəzərdə tutublar.
Hərbi maşın rahat hərəkət edir. Sınaqlarda 70 km/s sürət əldə edilib.
Tank 120 mm hamar lülə ilə təchiz edilib. Onunla yanaşı 7,62 mm-lik pulemyot quraşdırılıb. Zenit əvəzinə 12,7 mm kalibrli pulemyot mövcuddur.
“Altay”da atəşin müasir idarə edilmə sistemi quraşdırılıb, bu sistem atəşi gündüz və gecə, istənilən hava şəraitində tətbiq etməyə imkan verəcək.
Çoxlaylı zireh əksər tank əleyhinə sursatlara davamlı olacağı hesab edilir.
Türklər hesab edir ki, “Altay” silah bazarında layiqli yerini tutacaq. “Altay”ı əldə etmək istəyənlər arasında ilk olaraq Azərbaycan ordusunun adı çəkilir.