Türkiyənin ən zəngin simalarından biri, biznesmen Mustafa Koç cümə axşamı ürək tutmasından vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə CNN Turk telekanalı məlumat yayıb.
55 yaşlı biznesmen Türkiyədə ən iri holdinqlərdən olan “Koç” holdinqinin idarə heyətinin sədridir.
Bu holdinqin tərkibinə banklar, məişət texnikası istehsal edən zavodlar, AZS və qaz stansiyaları, avtomobil zavodları da daxildir.