Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyənin hakim partiyasının rəsmisi: "Həyat Təhrir əş-Şam" faktiki olaraq terror təşkilatı deyil"
"Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) faktiki olaraq terror təşkilatı deyil".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik "Habertürk" telekanalına açıqlamasında deyib.
"Həyat Təhrir əş-Şam"ın lideri Avropa İttifaqı ilə əlaqələr qurub. HTS hazırda terror təşkilatları siyahısındadır, lakin bu dəyişəcək. HTŞ faktiki olaraq terror təşkilatı deyil", - deyə Ömər Çelik vurğulayıb.
O xatırladıb ki, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın ötən həftə Dəməşqdə HTŞ rəhbəri Əbu Muhəmməd əl-Culani ilə rəsmi görüş də keçirib.
"Həyat Təhrir əş-Şam silahlı qruplaşma" teqi üzrə xəbərlər
- Türkiyə Suriyanın yeni hökumətinə 300 minlik ordunun yaradılmasında yardım edəcək
- ABŞ "Həyat Təhrir əş-Şam" liderinin həbsinə görə təyin edilən 10 milyon dollar mükafatı ləğv edib
- İran Əsəd rejimini qorumaq üçün Suriyadan Livana tunel çəkib
- ABŞ Suriyanın yeni hakimiyyət orqanları ilə sanksiyaların ləğvini müzakirə edib
- Yaxın Şərqdə Türkiyə-Azərbaycan müttəfiqliyi
Rəylər