Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.
Oxu.Az xəbər verir ki, hazırkı nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binali Yıldırımın Ədalət və İnkişaf Partiyasına sədrliyə namizədliyi səsə qoyulub.
Onu 1470 qurultay nümayəndəsindən 1405-i dəstəkləyib.
Beləliklə, Binali Yıldırım AKP-nin sədri seçilib