PYD/YPG terrorçuları Türkiyənin Hatay vilayətinə hücum edib.
Oxu.Az türk KİV-lərinə istinadən xəbər verir ki, Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb.
Raketin binaya düşməsi nəticəsində bir uşaq yaralanıb.
Yaralanan uşaq xəstəxanaya çatdırılıb.
E.Ə.
www.oxu.az