Türkiyənin İzmir şəhərinin Kemalpaşa rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğını başlayıb.
Oxu.Az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verib.
Qeyd olunur ki, yanğınla mübarizəyə İzmir Meşə Regional Müdirliyinə aid bir təyyarə, dörd helikopter, 24 yanğınsöndürən maşın cəlb edilib.
Yanğının lokallaşdırılması üçün işlərin davam etdirildiyi bildirilir.