Türkiyənin tanınmış kino və teatr aktyoru Can Kolukısa 92 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, aktyorun vəfatı ilə bağlı məlumat ailəsi tərəfindən sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd edək ki, Can Kolukısa uzun illər ərzində bir çox məşhur film və seriallarda rol alıb. O, "Kapıcılar Kralı", "Züğürt Ağa", "Postacı", "Muhteşem Yüzyıl", "Gibi", "İnci Taneleri" və son olaraq "Mehmed: Fetihler Sultanı" layihələrində yaratdığı obrazlarla tamaşaçıların yaddaşında qalıb.
Qaynar xətt:
(055) 224 12 12