Türkiyədə pilotsuz uçuş aparatlarının (PUA) sayı 68 min 647, PUA pilotlarının sayı isə 1 milyon 536 minə çatıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, 2024-cü ilin sentyabr ayında Türkiyədə pilotsuz uçuş aparatlarının sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12.5% artıb.
Hər il təxminən 5 mindən 8 minə qədər yeni PUA-nın qeydiyyata alındığını vurğulayan nazir Uraloğlu dronların kənd təsərrüfatı, foto, kino, xəritəçəkmə, nəqliyyat, təhlükəsizlik, gəmiçilik və sağlamlıq kimi müxtəlif sektorlarda istifadəsinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Rəylər