Fond mənimsəmələri istintaqı çərçivəsində həbs olunan Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın səhhətində problem yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilir ki, maliyyə dələduzluğu ilə bağlı saxlanılmış keçmiş məmur həbsxanada huşunu itirib.
Səhhəti pisləşən Kaya Silivri həbsxanasından xəstəxanaya təxliyə olunub.
Müxtəlif tibbi yoxlanışlardan keçən sabiq nazirin müalicə prosesinin yekunlaşdığı və geri qaytarıldığı qeyd edilir.