Türkiyənin sabiq ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya həbs edilib.
Oxu.Az TRT-yə istinadən xəbər verir ki, o, kapital bazarı ilə bağlı qanunun pozulması və cinayət törətmək məqsədilə yaradılan təşkilata üzv olmaqda şübhəli bilinir.
Prokurorluqda 2 saat 15 dəqiqə dindirildikdən sonra hakim qarşısına çıxarılan Kaya barəsində həbs qətimkan tədbiri seçilib.
Sabiq nazirin əri İlyas Kaya və Kapital Bazarları Şurasının keçmiş sədri İbrahim Ömər Gönül də eyni cinayətlərdə ittiham olunurlar. Onlar barəsində ölkədən çıxma qadağası və həbs olmayan qətimkan tədbiri qərarları verilib.

Qeyd edək ki, Fatma Betül Sayan Kaya 2016-2018-ci illərdə nazir vəzifəsində çalışıb.