Gəncədə 67 yaşlı kişinin meyiti evində tapılıb, araşdırma aparılır.
Oxu.Az-ın məlumatına görə, Gəncə şəhərinin Əttarlar küçəsində yerləşən evlərin birində meyit tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ölən şəxsin həmin ünvanda qeydiyyatda olan 1959-cu il təvəllüdlü F.Məmmədov olduğu müəyyənləşib.
Onun ölüm səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli
Qaynar xətt:
(055) 224 12 12