Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyənin sabiq xarici işlər naziri ATƏT-in yeni baş katibi olub
Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) yeni baş katibi olub.
Oxu.Az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər Yan Borq öz sosial şəbəkə hesabında paylaşıb.
"ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) - KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib", - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə silahlı hücum zamanı Azərbaycan vətəndaşı yaralanıb
- Nazir Yerlikaya qanunsuz aksiyalarda yaralanan polislərin və saxlanılanların sayını açıqladı
- Türkiyədə sərnişin avtobusu xəndəyə düşüb: Ölən və çoxlu sayda xəsarət alan var
- Türkiyə kinosunun məşhur siması Filiz Akın vəfat edib
- Türkiyə DİN başçısı: "İcazəsiz aksiyalarda 343 nəfər saxlanılıb"