Türkiyənin keçmiş futbolçusu, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən Tancu Çolak həbs olunub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, İstanbulda həbs edilən sabiq futbolçu Ankaraya aparılıb.
Onun mafiya ilə əlbir olduğu üzə çıxarılıb və barəsində saxlanma qərarı verilib.
Qeyd edək ki, T.Çolak 1987-1991-ci illərdə “Qalatasaray”, 1991-1993-cü illərdə “Fənərbaxça” klublarında forma geyinib.
O, 7 dəfə Türkiyə çempionatının bombardiri olub.
S.B.
www.oxu.az