Türkiyənin tanınmış prodüseri Atiye Rezzan Metin evində baş vermiş yanğında faciəvi şəkildə vəfat edib.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ötən gün İstanbulda baş verib.
Məlumata görə, ötən gün 12.00 radələrində prodüserə məxsus 2 mərtəbəli evdə naməlum səbəblə yanğın baş verib. Yanğını görən qonşular hadisə barədə polisə və yanğınsöndürmə xidmətinə xəbər veriblər.
Yanğının söndürülməsindən sonra evdən 65 yaşlı prodüser Atiye Rezzan Metinin cəsədi tapılıb.
Yanğının baş verdiyi ev və evin qarşısında olan bahalı avtomobil istifadəyə yararsız hala düşüb.
Qonşular xanım prodüserin bir müddətdir xaricdə olduğunu, bu səhər (dünən) Türkiyəyə qayıtdığını bildiriblər.
Qeyd edək ki, Atiye Rezzan Metin “Hatırla sevgili”, “Bu kalb seni unuturmu?”, “Gönülçelen”, “Neşeli hayat” və s. populyar serialların prodüseri olub.